Xəbər lenti



ABŞ-ın ölkəyə idxal edilən polad və alüminiuma 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməsinə cavab olaraq, Kanadanın Naliyyə nazirliyi Amerikadan idxal ediləcək bir sıra məhsullara yüksək tariflər tətbiq edib.

Ardını oxu...



Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Mayın 30-da Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfərin Azərbaycan ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zastavasına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huawei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəllüdlü Hossain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Azərbaycana dost ölkələr, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlə

 məlumatına görə, bunu prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bu dəstəyə görə mən sizə minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul etmişlər”, - deyə dövlət başçısı vurğulayıb.. 

İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib:

“BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.

Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib.

Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram”.

Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

“Azərbaycan öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub. 

İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan edib ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir.

Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilib. Bu Oyunlar sadəcə olaraq idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”.

Prezident qeyd edib ki, Naxçıvan artıq ikinci dəfə İslam Mədəniyyətinin Paytaxtı elan edilib.

“Bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan ikinci dəfədir ki, bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülüb. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov