Xəbər lenti



Gürcüstanın Daxili İşlər Nazirliyi ötən ilin dekabrında Tbilisidəki iğtişaşlarda 2 şagirdin bıçaqlanaraq öldürülməsi işi üzrə yenidən istintaqa başlamaq barədə qərar çıxarıb.
Bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.

“Yenidən istintaqın məqsədi cinayət işi üzrə sübutları bilərəkdən gizlincə və davamlı olaraq təhrif etməyə, maliyyə və digər vasitələrilə məhkəmənin çıxaracağı qərara təsir etməyə çalışan şəxslərin müəyyənləşdirilməsinə nail olmaqdır. Çox ehtimal ki, onlar bu fəaliyyətlərilə konkret şəxslərin cinayət məsuliyyətindən yayınmasına çalışıblar” – deyə nazirliyin məlumatında bildirilib.

Vurğulanıb ki, faktla bağlı artıq bir neçə şahid dindirilib, istintaq və məhkəmənin işinə bu və ya digər şəkildə təsir etmiş bütün şəxslərin kimliyi müəyyən ediləcək.

Qeyd edək ki, etiraz aksiyaları nəticəsində 2 şagirdin qətl işinə yenidən baxan Tbilisi şəhər məhkəməsinin bu gün çıxardığı hökmlə cinayəti törədən 2 nəfər yeniyetmədən biri 10 il 6 ay, digəri isə 9 il 9 ay müddətində azadlıqdan məhrum edilib,

Xatırladaq ki, məsələ ilə əlaqədar dünəndən etibarən Tbilisidə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaların təşəbbüskarı ölən yeniyetmələrdən biri - David Saralidzenin birinin atası Zaza Saralidzedir. O iddia edir ki, 51 nömrəli məktəbin yuxarı sinif şagirdləri arasında baş verən kütləvi davada oğlunu polisin tutduğu şəxslər yox, məhz prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları çoxsaylı bıçaq zərbəsilə öldürüblər.

Məlum hadisə bütün Gürcüstanda böyük əks-səda yaradıb və nəticədə Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Bu, etirazçıları qane etməyib və onlar indi də Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirlər. Aksiyalar bu gün də davam etdirilir. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirlər. Georgi Kvirikaşvili isə istefa verməyəcəyini bəyan edib. O, hətta dünən aksiya iştirakçıları tərəfindən qovulduqdan sonra ikinci dəfə risk edərək, etirazçıların yanına gəlib və Zaza Saralidze ilə görüşərək ona övladının kədərini bölüşdüyünü deyib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov