Xəbər lenti

Millət vəkili Vahid Əhmədov parlamentin yaz sessiyasının son iclasında banklardakı problemi yenidən gündəmə gətirib. 

 verir ki, o, çıxışında qeyd edib ki, büdcənin icrasına nəzarət yetirdikdə görürük ki, Ümumi Daxili Məhsulda (ÜDM) 0,1 faiz artıma nail olunub: 

“Ancaq artımın əsaslı olmamasının səbəbi bankların kredit qoyuluşlarının azalması ilə bağlıdır. Bu gün Azərbaycanda 30 bank var.  Onlardan yalnız 4-5 bank iqtisadiyyatda kapitallaşma həyata keçirir. Qalan banklar isə kapitallaşma həyata keçirmir. Ona görə də bankların sağlamlaşdırılması prosesinə start verməliyik ki, ÜDM-nin həcmində artıma nail olaq. Yalnız Beynəlxalq Bankın dövlət büdcəsinin hesabına sağlamlaşdırılması həyata keçirildi. Bunun üçün 10 milyarda yaxın pul sərf olundu. 

Bu, digər banklara da şamil olunmalıdır. Həmçinin dövlət büdcəsində vergi güzəştlərindən azad olunma məsələsi var. Hesab edirəm ki, dövlət büdcəsində vergi güzəştlərinin məbləği açıq göstərilməlidir”.

Deputat Əli Məsimli də çıxışında bankların sağlamlaşdırılmasını vacib hesab edib. O qeyd edib ki, bunun üçün onların real iqtisadiyyata yaxınlaşdırılmasını təmin etmək lazımdır: 

“Əslində bununla ölkədə qeyri-neft sektorunun inkişafına, ondan gələn gəlirlərin artırılmasına nail olmaq mümkündür. Yoxsa banklarla bağlı problem elə öz yerində qalacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Həştərxan vilayət administrasiyasında keçirilən görüşdə Azərbaycan və RF-nin Həştərxan vilayəti arasında əməkdaşlıq müzakirə olunub.

Görüşdə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən "Azərbaycan İş Mərkəzi"nin açılışı olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupları tərəfindən aparılan işlər müzakirə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində tam şəffaf mexanizmin yaradılmasının, saxta əlillik təyinatlarının qarşısının alınmasının, eyni zamanda, əlilliyin təyin olunmasında bir sıra hallarda özünü göstərən süründürməçilik hallarının aradan qaldırılmasının bu gün nazirlik qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayıb.

Bu məqsədlə yaradılmış işçi qrupu tərəfindən verilmiş tapşırıqlara uyğun şəkildə müvafiq işlərin aparıldığını qeyd edən S. Babayev əlilliyin qiymətləndirilməsi prosedurlarının təkmil əsaslar üzərində, şəffaf şəkildə qurulmasında, fərdi reabilitasiya proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqinin diqqətdə saxlandığını bildirib. İclasda əlilliyin qiymətləndirilməsi sahəsində mövcud vəziyyətlə bağlı araşdırmaların nəticələri, qabaqcıl dünya praktikasından istifadə olunmaqla fərdi reabilitasiya proqramının, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsinin hazırlanması yönündə aparılan işlər müzakirə olunub. Əlilliyi olan şəxslərin sağlamlığının, sosial statuslarının bərpası, onların reabilitasiya səviyyəsinin artırılması yönündə fəaliyyətin gücləndirilməsi üçün fərdi reabilitasiya proqramının tətbiqinin önəmi vurğulanıb.

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu da öz fəaliyyəti barədə məlumat verib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsi prosedurlarının, sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi qaydasının təkmilləşdirilməsi üçün müvafiq təkliflər diqqətə çatdırılıb. Təkliflər nəzərdən keçirilməklə ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramı ilə əlaqələndirilməsi, sosial yardım alan ailələrin bu proqram vasitəsilə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi mexanizminin səmərəli təşkili məsələləri ətrafında müzakirələr aparılıb. S. Babayev tərəfindən hər iki işçi qrupuna müvafiq tapşırıqlar verilib.
Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə biləcəklər.


Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, Serbiya hökumətinin iclasında Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edilib.
Qeyd edilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə, orada 90 gün ərzində vizasız qala bilərlər.
Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə” proqramının qonağı olub.
verir ki, aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Jannanın “Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi?” sualına Ermənistan baş nazirinin cavabı belə olub:

“Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə, vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu, nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir”.

Janna Nemtsovanın "Bəs, Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuz?" sualına isə Paşinyan “Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm”, - deyə cavab verib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb.
, sərəncamla 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Sərəncama əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:

"Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini Sizinlə birlikdə qeyd edirəm.

İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir.

Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm".


Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcəkləri tarixlər açıqlanıb.

Siyahıda yeni təyin olunan nazirlərin də adı var. 

Onlar qrafikə uyğun olaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcəklər.

Mərkəzi icra hakimiyyəti

orqanı

Qəbul

günü

Qəbulun keçirildiyi şəhər

Əhatə olunan şəhər və rayonlar

Fikrət Məmmədov

Ədliyyə naziri

06

Siyəzən

Siyəzən, Şabran, Xızı

Azad Rəhimov

Gənclər və idman naziri

08

Quba

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

08

İsmayıllı

İsmayıllı, Qəbələ, Oğuz

Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri

08

Şəki

Şəki, Qax, Zaqatala, Balakən, Oğuz

Ceyhun Bayramov

Təhsil naziri

11

Mingəçevir

Mingəçevir, Yevlax, Bərdə, Ağdaş

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

21

Gədəbəy

Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

21

Lənkəran

Lənkəran, Astara, Lerik, Yardımlı

Zakir Qaralov

Baş prokuror

22

Ağstafa

Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy

Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri

22

Şirvan

Şirvan, Sabirabad, Saatlı, Hacıqabul

Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri

22

Siyəzən

Siyəzən, Xaçmaz, Şabran, Quba, Qusar

Şahin Mustafayev

İqtisadiyyat naziri

22

Yardımlı

Yardımlı, Masallı, Cəlilabad

İnam Kərimov

Kənd təsərrüfatı naziri

22

Şəki

Şəki, Qax, Zaqatala, Balakən, Oğuz

Əbülfəs Qarayev

Mədəniyyət naziri

22

Qəbələ

Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan

Oqtay Şirəliyev

Səhiyyə naziri

22

Qusar

Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

22

Balakən

Balakən, Şəki, Zaqatala, Qax, Oğuz

Rövşən Rzayev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

22

Gəncə

Gəncə, Samux, Göygöl, Kəlbəcər

Muxtar Babayev

Ekologiya və təbii sərvətlər naziri

29

Şəki

Şəki, Qəbələ, Oğuz, İsmayıllı

Ramin Quluzadə

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

29

Qusar

Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı

Mikayıl Cabbarov

Vergilər naziri

29

Qəbələ

Qəbələ, İsmayıllı, Oğuz

Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri

29

 

Qax

Qax, Zaqatala, Balakən

Ramil Usubov

Daxili işlər naziri

30

Quba

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı