Xəbər lenti

“Dağlıq Qarabağ problemi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr qeyri-sabitliyə gətirib çıxır. BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib və orada torpaqların işğal azad edilməsi qeyd edilir” bunu Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib. Səfir qeyd edib ki, münaqişələr regionda qeyri-sabitliyə gətirib çıxarır.

BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib və orada torpaqların işğaldan azad edilməsi qeyd edilir. Beynəlxalq təşkilatların belə mövqeyinin olmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən çəkinməyib. Hərbi güclərin bu ərazidə gücləndirilməsinin tərəfdarıdır. Təmas xətti boyunca Azərbaycan kəndlərinin atəşə məruz qalması mütəmadi olaraq davam edir. Bunlar tək hərbçilərə qarşı deyil, həm də mülki vətəndaşlara istiqamətlənib. 2016-cı ilin aprel ayında bu cür təxribatlar törədilib, yaşayış məntəqləri atəşə məruz qalıb və xeyli ev dağıdılıb. Bu hadisələr zamanı bir neçə mülki vətəndaş ölüb”.

Səfir bildirib ki, Suriyadakı ermənilər qanunsuz olaraq Dağlıq Qarabağa köçürülür. Bütün bunlar münaqişənin uzadılmasına xidmət edir.

"Avropa Birliyi (AB) Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsini dəstəkləməlidir”.
Rusiya prezidenti Vladimir Putin bir sıra general və prokurorları işdən azad edib.
 "RİA Novosti"yə istinadən xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin 5 generalı istefaya göndərilib. İşdən çıxarılanlar arasında iki prokuror da var.

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 iclasın gündəliyinə 23 məsələ daxil edilib.

"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
41. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)


Xarici işlər naziri Elmar Məmmədyarov Banladeş Xalq Respublikasının paytaxtı Dəkkəyə yola düşüb.
Azərbaycan XİN-dən  verilən məlumata görə, Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak edəcək.

Sessiyada nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


"Ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır"
bunu Bakı şəhər prokuroru İlqar Abbasov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

İ.Abbasovun sözlərinə görə, son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.

"Hazırda korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil edir. Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir.

Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaradıb".

Rusiya prezidenti Vladimir Putinin inauqurasiyası onun kortejinin Moskova küçələrindən ənənəvi keçidi olmadan baş tuta bilər. 

, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, inauqurasiyanın yekun ssenarisi hələ təsdiqlənməyib. Proqramın yaxın vaxtlarda razılaşdırılması gözlənilir. 

Ötən inauqurasiya zamanı Putin Kremlə Federal Mühafizə Xidmətinin fəxri mühafizə dəstəsinin müşayiəti ilə gəlmişdi. 

Xatırladaq ki, aprelin 18-də yayılan məlumatlarda prezidentin “Kortej” lahiyəsi üzərində hazırlanan avtomobildə gəzəcəyi açıqlanmışdı. 

Rusiya prezidentinin inauqurasiyası mayın 7-nə planlaşdırılıb.

Türk iş adamlarının fərqli bazarlar haqqında doğru və vaxtında məlumatlandırılması, bu bazarlara giriş fəaliyyətlərinin daha intensiv və təsirli hala gətirilməsi üçün Türkiyənin İqtisadiyyat Nazirliyinin Xarici Ticarət İdarəsi nəzdində yaradılan Bazara Giriş Komitəsi 2018-2019-cu illərin hədəf ölkələrini müəyyən edib.

xəbər verir ki, komitənin müəyyən etdiyi hədəf ölkələr sırasına Almaniya, ABŞ, Çin, Efiopiya, Cənubi Koreya, Hindistan, İraq, Yaponiya, Qətər, Keniya, Ukrayna, Meksika, Rumıniya və Rusiya daxil edilib. Sözügedən komitə 5 fərqli qitənin 15 ölkəsində türk ixracatçılara məlumat və təşəbbüs göstərmək üçün dəstək verəcək.

Ərdoğan iş başında

Müəyyən edilən hədəf ölkələrlə Türkiyə arasındakı ixrac potensialının artırılması üçün ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da təşəbbüs göstərəcək. Bu çərçivədə ilk addım Cənubi Koreyada artıq atılıb. Ərdoğan ikitərəfli ticarət anlaşmaları sahəsində Mun Çje İnlə vacib sazişlər imzalayıb. Qalan 14 hədəf ölkə üçün isə 24 iyun prezident və parlament seçkilərindən sonra fəaliyyətə başlanılacaq.

Ərdoğanı gerçəkləşdirəcəyi diplomatik səfərlərdə İqtisadiyyat naziri Nihat Zeybəkçi və iş adamlarından ibarət heyət də müşayiət edəcək.

Bakı. 3 may. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) mərkəzləşdirilmiş informasiya sistemlərinin (FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edib.

“Report”un Fonda istinadən verdiyi xəbərə görə, iddiaçılar tenderdə iştirak haqqı kimi ADIF-in 300 manat vəsaitin köçürdüyü barədə bank arayışını təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər.

Tenderdə iştirak etmək üçün iddiaçı tenderdə iştirak üçün yazılı müraciət, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri, tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı, tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada), son 1 il üzrə maliyyə vəziyyəti barədə bank arayışı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat), müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat, iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədləri təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 İyun 2018-ci il 18:00 tarixinə qədər, tender təklifini və bank təminatını isə 27 İyun 2018-ci il saat 18:00 tarixinə qədər möhürlənib, imzalanmış, ikiqat zərfdə ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçıların tender təklifləri iyunun 28-də sözügedən ünvanda açılacaq.

Bakı. 3 may. Lələtəpə yüksəkliyi 2016-cı ilin aprel ayında düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam Azərbaycanın nəzarətinə keçdi. Ölkə Prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı.

Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan "Kapital Bank" Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə "Kapital Bank"ın bankomatı quraşdırılıb.

"Kapital Bank" tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. "Kapital Bank"ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.





Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov