Xəbər lenti



Yaxın keçmişimizdən bizə çox yaxşı tanış olan siyasi doktrinlərdən biri ilə assosiasiya yaratsa da, biz də “yerləşdiyimiz çevrədə bir kabus – müharibə kabusu dolaşmaqdadır” demək məcburiyyətindəyik. Sanki bu “geosiyasi landşaft”da cərəyan edənlər “müharibə şahinləri” üçün azlıq edir, onlar daha yeni münaqişə ocaqlarının yaranmasında maraqlıdırlar...

Ardını oxu...

ABŞ prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib.

 xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders açıqlama verib.

Sandersin sözlərinə görə, Tramp Vaşinqtonla Moskva arasında ən qısa zamanda münasibətlərin normallaşacağına ümidvar olduğunu ifadə edib

Ankara Qərbin Balkanlarda böhran və qeyri-sabitlik yaratmaq planlarını pozur. 

 xəbər verir ki, bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səsləndirib.

“Qərb dövlətləri bizim Balkanlardakı fəaliyyətimizə, bu regiondakı təşəbbüslərimizə və səylərimizə ədavlətli şəkildə reaksiya göstərir.

Bəzilərinin bizim Serbiya, Bosniya və Herseqovina ilə sıx əməkdaşlığımızı görən gözü yoxdur. Onlar bizim fəaliyyətin mahiyyətini təhrif etməyə çalışırlar, çünki bu əməkdaşlığın öz bəhrəsini verməsi onları yaman narahat edir.

Türkiyənin səyləri onların böhran və qeyri-sabit vəziyyət yaratmaqla gerçəkləşdirmək niyyətində olduqları planları pozur, onların regionla bağlı məkrli niyyətlərini həyata keçirməsinə mane olur.”, - deyə Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib.

Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi yaxşı tanıyır. Sarkisyan Qarabağdakı gərginliyin artacağını istisna etməyib. 

, Sarkisyan bununla bağlı “Exo Moskva” radiosuna müsahibəsində danışıb. 

Ermənistanda hökumət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Sarkisyan bunu şərh edə bilməyəcəyini deyib:

“Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı tanıyıram. Ancaq vəziyyət çox həssasdır və Dağlıq Qarabağda gərginliyin artacağını istisna etmək olmaz”. 

O qeyd edib ki, ilk gündən yeni hökumət ölkə sərhədlərində təhlükəsizliyin təmin olunması ilə ciddi məşğul olmalıdırlar. 

“Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistan ordusu rus həmkarları ilə çox yaxındır. Ermənistan ordusu NATO və ya Çin tərəfindən deyil, Rusiya tərəfindən silahlandırılır”, - Sarkisyan deyib. 

Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizliklə bağlı bir təşkilatının üzvüdür, o cümlədən, əmindir ki, Ermənistanda rus hərbi bazaları çox vacibdir. 

“Bu bazalardan bəziləri Ermənistan və Türkiyə sərhədindədir. Buna görə hər zaman Rusiya ilə dostluq və qardaşlıq münasibətləri uğrunda mübarizə aparacağam”, - Sarkisyan əlavə edib.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.

2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Sərəncamda qeyd edilir ki, Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunur.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim edəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Prezident Donald Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək.
 xəbəkeçiriləcək mərasimə Trampın tapşırığı ilə ABŞ dövlət katibinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyəti qatılacaq.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Trampın Qüdsə gedəcəyi istisna edilmirdi.
Bu gün Ermənistanda baş nazir seçkilərinin ikinci turu keçiriləcək.
erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 12:00-da parlamentdə yeni baş nazirin seçilməsi prosesinə başlanılacaq. Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.

O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.

Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov