Xəbər lenti

ABŞ Şimali Koreyaya münasibətdə hərb variantını gündəlikdən heç vaxt çıxarmayıb.
 xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

“Hərbi variant heç vaxt istisna edilməyib”, - deyə Pens bildirib. O, həmçinin əlavə edib ki, “əgər Kim Çen In düşünürsə ki, Donald Trampla oynaya bilər, böyük səhv edir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya münasibətdə Liviya ssenarisinin nəzərdən keçirilmədiyini açıqlayıb. Rəsmi Pxenyan isə yalnız təzyiq yolu ilə birtərəfli qaydada nüvə silahından imtinanın tələb edilməsinə qarşıdır.
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən , ölkəmizdə olmasından məmnunluğunu bildirən Q. Rayder Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Görüş zamanı tərəflər Azərbaycanda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini və konfrans zamanı faydalı müzakirələrin aparıldığını vurğulayıblar. Həmçinin, tərəflər Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq bu əlaqələrin uğurla davam etdiriləcəyinə əminliklərini qeyd ediblər.

Q.Rayder Azərbaycanın son on illik ərzində sosial sahədə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edərək bu uğurlu təcrübənin digər ölkələrlə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafı, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi, əhalinin əmək və sosial təminatı istiqamətində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı qısa müddət ərzində böyük uğurların əldə edildiyini bildirib.

Həmçinin, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışan nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu nailiyyətlərə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində nail olub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
 ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.



Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Aleksandr Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.



Serbiya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Bakı. 21 may.  Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfərinin proqramı məlum olub.

"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, A.Vuçiç bu gün Bakıya gələcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz MəmmədovMilli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.

Bakı. 21 may. "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.

Onun sözlərinə görə, qurumun bu addımı Azərbaycana qarşı yönəlib: "Çünki, şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır".

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın Avropa Şurasından çıxması düzgün addım olmaz: "Çünki Azərbaycan qurumun ən fəal üzvlərindən biridir. Azərbaycan eyni zamanda Avropa Şurasının və onun Parlament Assambleyasının fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Bəzi dairələrin təzyiqi altında, onların istəyi və təxribatı ilə Azərbaycanın öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin, buna cəhd edənlər var. Bu cür layihələrın arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın. Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alsaq ki, bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin əsas ticarət tərəfdaşıdır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr icra olunur. Belə olanda hamıya bəllidir ki, Azərbaycana qarşı məkrli işlərdə kimlər maraqlıdır".

O deyib ki, S.Seyidovun istefa verməsini də düzgün hesab etmir: "Bu bütövlükdə ədalətsiz, qərəzli, haqsız bir qərardır. Bunu bilə-bilə nümayəndə heyətinin tərkibinin və rəhbərinin dəyişdirilməsini mənəvi baxımdan düzgün hesab etmirəm. Amma siyasi baxımdan vəziyyətin və yanaşmanın necə olacağını Səməd Seyidov və Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir. Mənim fikrimcə, sırf mənəvi baxımdan bu Səməd Seyidova qarşı edilmiş haqsızlıqdır və bu haqsızlığı bilə-bilə onu nümayəndə heyəti rəhbərliyindən uzaqlaşdırmaq düzgün deyil. Amma siyasi qərarı Səməd Seyidov və rəhbərlik özü verəcək".

Bakı. 21 may. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur".

"Report" xəbər verir ki, bunu baş nazirin müav­ini Əli Əhmədov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O xatırladıb ki, Dağlıq Qarabağ müna­qişəsi nəticəsində azərbaycanlılar etnik ­təmizləməyə məruz qal­ıblar: "İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib. Bu torpaqlardan köçkün düşən bir milyondan ­artıq vətəndaşın layiqli ­işlə təmin olunma­sının nə qədər böyük iş ­olduğunu bilirsiniz".

Ə.Əhmədov bildirib ki, Azər­baycan əhalinin 46 faizini 29 ­yaşa qədər olan şəxslər təşkil ed­ir: "Bu gənclərin layiqli əməklə təmin olunması məsələsində hökumətin qarşısında mühüm vəz­ifələr durur".

O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin ol­unması istiqamətində, daha səmərəli addımlar atılacaq.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanatını “məsuliyyətsiz və əsassız” adlandırıb. 

 xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Bu bəyanat ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və onu ört-basdır etmək məqsədi güdür”.

Nazirlikdən bildiriblər ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit idi, ancaq Ermənistanın müdafiə və xarici işlər nazirlərinin oraya səfərindən sonra ermənilər təxribat törətməyə başlayıblar”.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə. XİN-nin mətbuat xidmətinindən məlumat verilib. 

Bununla əlaqədar, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Suriyanın paytaxtı Şam yaxınlığındakı İran hərbi bazasında şiddətli partlayış baş verib. 

 bununla bağlı Türkiyə KİV-ə istinadla xəbər verir. 

Gecə saatlarında baş verən partlayışın İsrail ordusunun hücumu nəticəsində baş verdiyi iddia edilib. 

Ölən və yaralananlarla bağlı hələlik heç bir məlumat verilmir.

Ötən həftə İsrail qırıcılarının Hama yaxınlığındakı hərbi aerodroma atdığı raket nəticəsində azı 11 əsgər həlak olmuşdu.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov