Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfərə gedib.
bizimaz.az Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib.
Burada Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Səfər iyunun 23-də başa çatacaq.