Xəbər lenti

Artıq bir neçə ildir ki, Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi barədə sərəncama uyğun olaraq, rayonlarımızda baramaçılığın inkişafı istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Sovet hakimiyyəti dövründə kənd təsərrüfatımızın önəmli sahələrindən olan barama istehsalının hazırkı səviyyəsi həcminə və miqyasına görə, sözsüz ki, həmin dövrlərlə müqayisə edilə bilməz. Elə baramanın dövlət tərəfindən alış qiyməti də SSRİ dövrü ilə müqayisədə əhalini qane etmir. Əgər belə olmasaydı, rayonlarımızda bu işlə məşğul olanların sayı və istehsalın həcmi qat-qat yüksək olardı.

Ardını oxu...

Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin günəşli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ardını oxu...

Rusiyada 3 yaşlı uşağın çimərlikdə qızmar qumun üstündə yeridiyi üçün ayaqları yanıb. Uşağın 31 yaşlı anası danışıb ki, qızı ilə çimərlikdə oynamaq istəyib. Ana qızı ilə qaçanda uşaq birdən bərkdən qışqırmağa başlayıb. Anası görüb ki, qızının ayaqları yanıb. Xəstəxanada qızın ayaqlarına təcili şəkildə müdaxilə ediblər və bintlə sarıyıblar. Hazırda uşaq yeriyə bilmir və həkim nəzarəti altında tibb məntəqəsində qalıb.

Ardını oxu...



Türk ordusunun keçirdiyi uğurlu əməliyyatlarla küncə sıxışdırılan PKK terrorçuları Qəndildən qaçmağa başlayıb.

Terrorçular qaçarkən meşə sahəsini yandırıb.

Yerli əhalinin sözlərinə görə, xüsusən Kanireş bölgəsində yaşanan şiddətli atışmalardan sonra ərazi terrorçulardan təmizlənib. Terrorçular qaçarkən meşə sahələrinə od vurub.

Türk ordusu ərazinin təbii şəraiti və tələlər qurulması ehtimalına qarşı yanğına müdaxilə edə bilməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov