Xəbər lenti


Şimali Koreya lideri Kim Çen In Roma Papası Fransisk ilə görüşmək üçün onu Pxenyana dəvət edib.
Bizimaz.az:  Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, Kim Çen Inın dəvətini gələn həftə Avropaya səfəri çərçivəsində 17-18 oktyabrda Vatikanı ziyarət edəcək Cənubi Koreya prezidenti Mun Çje İn Roma Papasına təqdim edəcək. 

Qeyd edək ki, Şimali Koreyadakı katolik kilsəsi Vatikana tabe deyil. Şimali Koreyada 3 minədək katolik olduğu bildirilir. Lakin insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu rəqəmin bir neçə yüz olduğunu və Şimali Koreyada xristianların təqib və ölkədən qovulduğunu bildirirlər. 2014-cü ildə Seula səfəri zamanı Roma Papası Fransisk buradakı çıxışına Şimali Koreyanın katolik kilsə rəhbərliyini də dəvət etmişdi. Lakin Şimali Koreya katolikləri bu dəvəti rədd etmişdilər. 

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindəm imtina edən Qaqik Çarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.

Ardını oxu...


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud jurnalist Camal Haşkacinin Səudiyyənin Ankaradakı səfirliyində saxlanılmadığını sübut etmək üçün Türkiyə hökumətinə səfirliyin ərazisində axtarış həyata keçirməyə icazə verib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov