Xəbər lenti


ABŞ Dövlət Departamenti itən jurnalist Camal Kaşoqinin tapılması üçün Ər-Riyadı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqa kömək etməyə çağırıb.
Bizimaz.az: Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert "Tvitter" səhifəsində yazıb. 

“Biz Səudiyyə Ərəbistanı hökumətini Kaşoqinin yoxa çıxması üzrə istintaqın ciddi aparılmasına dəstək verməyə və onun nəticələrinin şəffaflığını təmin etməyə çağırırıq”, – deyə Nauert bəyan edib. 

Xatırladaq ki, 2 oktyabrda “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Onun sözlərinə görə, səudiyyəli jurnalist hələ də konsulluqda, yaxud Səudiyyənin Ankaradakı səfirliyində saxlanılır. 

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılması üçün Türkiyə Ər-Riyada rəsmi müraciət göndərib. 

Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniya və Fransada baş verib. 

“Reuters” isə Türkiyə polisindəki mənbələrinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilir. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib. 

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazır. 
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov