Bizimaz.az: Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunur ki,
Kim Çen Inın dəvətini gələn həftə
Avropaya səfəri çərçivəsində 17-18 oktyabrda Vatikanı ziyarət edəcək Cənubi Koreya prezidenti Mun Çje İn Roma Papasına təqdim edəcək.
Qeyd edək ki, Şimali Koreyadakı katolik kilsəsi Vatikana tabe deyil. Şimali Koreyada 3 minədək katolik olduğu bildirilir. Lakin insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu rəqəmin bir neçə yüz olduğunu və Şimali Koreyada xristianların təqib və ölkədən qovulduğunu bildirirlər. 2014-cü ildə Seula səfəri zamanı Roma Papası Fransisk buradakı çıxışına Şimali Koreyanın katolik kilsə rəhbərliyini də dəvət etmişdi. Lakin Şimali Koreya katolikləri bu dəvəti rədd etmişdilər.