![]() |
İstanbulda Esenyurt rayonunda plastik və ağac məmulatlar fabrikində yanğın başlayıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcək.
Bizimaz.az: o bunu İtaliyanın baş naziri Cüzeppe Konte ilə keçirdiyi mətbuat konfransında deyib.
"Bacararıqmı?" sualınıza birbaşa cavab verərək demək istəyirəm ki, bacararıq və bu çox tez və səmərəli olacaq", - deyə o bildirib.
Konte öz növbəsində bildirib ki, İtaliya ABŞ-ın raket razılaşmasından çıxmaq barədə bəyanatları fonunda "təlaş içindədir", çünki söhbət orta və yaxın mənzilli raketlərdən gedir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Moskvanı sözügedən razılaşmanı pozmaqda ittiham edərək müqavilədən çıxacağını bəyan edib.
Oktyabrın 2-də vəhşicəsinə qətlə yetirilmiş 59 yaşlı səudi jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları ilə münasibətlərə aydınlıq gətirmək üçün qonşu respublikaya gedib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.