Bizimaz.az: Bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb. Qeyd olunur ki, Qaqik Çarukyan mümkün müttəfiqləri sırasında “İrs” partiyası, Ermənistan Ümummilli
Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan, “Ermənistan milli konqresi” və digər kiçik partiya və vətəndaş hərəkatları daxildir.
Həmçinin, Qaqik Çarukyan Ermənistanda Serj
Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış “Sasna Tsrer” qruplaşmasına da əməkdaşlıq təklif etmək qərarına gəlib. Çünki məhz “Çarukyan bloku” və şəxsən Qaqik Çarukyanın verdiyi zəmanət nəticəsində həmin qruplaşmanın bir çox üzvləri həbsdən azad olunub.
“Jamanak” onu da yazır ki, Çarukyan
Robert Koçaryanın bir nömrəli biznes ortağı olmasına baxmayaraq, siyasi meydanda da onunla birləşəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır.