Xəbər lenti


"İsrail müsəlman dövlətləri arasında nifaq salmağa cəhd edərək, Fələstindəki 70 illik işğalın üstünü örtməyə çalışır"
Bizimaz.az: , İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İsrailin baş naziri Benyamin Netanyahunun ikitərəfli diplomatik münasibətlərin olmadığı Körfəz ölkəsi Omana ilk dəfə rəsmi səfər edərək sultan Kabus bin Səid ilə görüşməsinə münasibət bildirərkən bu cür bəyanat verib. 

“Müsəlman ölkələri Ağ Evin təzyiqi altında İsrailin regionda yeni problemlər icad etməsi üçün əlverişli zəmin yaratmamalıdırlar. Donald Tramp administrasiyası və Ağ Evdəki yəhudi lobbisi İsraillə diplomatik münasibətləri normallaşdırmaları üçün müsəlman ölkələrinə təzyiq edirlər. Əgər bu tələblər qəbul edilərsə, təzyiqlər daha da artacaq və Fələstin xalqının hüquqlarının gözardı edilməsində onlara cəsarət verəcək” – Qasımi vurğulayıb. 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcək.

Bizimaz.az: o bunu İtaliyanın baş naziri Cüzeppe Konte ilə keçirdiyi mətbuat konfransında deyib.

"Bacararıqmı?" sualınıza birbaşa cavab verərək demək istəyirəm ki, bacararıq və bu çox tez və səmərəli olacaq", - deyə o bildirib. 

Konte öz növbəsində bildirib ki, İtaliya ABŞ-ın raket razılaşmasından çıxmaq barədə bəyanatları fonunda "təlaş içindədir", çünki söhbət orta və yaxın mənzilli raketlərdən gedir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Moskvanı sözügedən razılaşmanı pozmaqda ittiham edərək müqavilədən çıxacağını bəyan edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov