Çay yanlış şəkildə dəmlənərsə, müxtəlif xəstəliklərə yol aça bilər.
Bizimaz.az: buna görə də çay dəmləyən zaman bir sıra nüanslara diqqət yetirmək lazımdır.
1. Acı olmaması və uzun müddət yeni qalması üçün dəm aldıqdan sonra çayı qazın üstündən dərhal götürmək lazımdır. Əks halda, mədədə qastrit və xora yarada bilər.
2. Davamlı olaraq yüksək temperaturda və qaynar şəkildə içilən çay zaman keçdikcə xərçəng xəstəliyinə səbəb ola bilər.
3. Çayı mütləq qaynamamış su ilə dəmləmək lazımdır. Yüksək temperaturda qaynayan su çayın üzərinə töküldükdə bakteriya yarada bilər. Bu, bir çox hallarda çayın acı dadmasına gətirib çıxarır.