Xəbər lenti


Öskürək orqanizmin müdafiə və təmizlənmə refleksidir, yuxarı tənəffüs yollarının, bronxların mikrob, virus, bakteriya fəsadlarından təmizlənməsi üçün işə düşür. Amma öskürək uzanırsa, aylarla davam edirsə, ağrılıdırsa, yatmağa belə imkan vermirsə, o zaman ciddi xəstəlikdən şübhələnmək lazımdır.

 

Bizimaz.az:  öskürəyin hansı xəstəliklərə səbəb ola biləcəyini təqdim edir:

Mütəxəssislər öskürəyin quru və ya yaş, yəni bəlğəmli olmasına görə xəstəliyini ayırd edir. İnsan üçün faydalı öskürək yaş, bəlğəm gətirən təmizləyici öskürəkdir. Amma bəlğəm gəlir deyə arxayınlaşmaq olmaz, çox zaman elə yaş öskürək ağır tənəffüs xəstəliklərinin başlanğıcı ola bilər.

Yaş - bəlğəmli öskürəyə görə şübhələnməli patologiyalar:

Bronxit - bronxların selikli qişasının iltihabıdır. Bronxların içəri qatı şişir, ödemləşir, bəlğəmlə bu selik xaric olur. Ona görə bronxitdə öskürək ən uzun, yorucu, gecələr, xüsusən səhərə yaxın başlayan olur.

Pnevmoniya - ağciyər toxumasının zədələnməsi. Xəstəlik gizli başlayır, öskürəndə döş qəfəsində ağrı olur, kürək sancır, nəfəsalmada xışıltı, ağrı hiss olunur, yüksək hərarət olur. Bronxlardan çox mirdarda irinli - yaşılı-sarı bəlğəm, selik, axıntı gəlir, bəzən buna qan da qarışmış olur.  Adamda təngnəfəslik yaranır, yorulur, halsız olur, bədəni gah soyuyur, gah temperaturdan yanır.

Bronxial astma - Xroniki xəstəlikdir. Astmada öskürək pristup-tutma şəkillidir, gecələr, səhərəyaxın artır.  Gündüzlər xəstə güləndə, çox danışanda, soyuq hava udanda tutma başlayır. İnsan sanki dərindən nəfəs ala bilmir, boğulur. Şəffaf, şirəli bəlğəm gəlir. Ağır öskürək tutmalarında xəstə önə əyilərək astmaya xas poza alır, bu zaman sanki özünə kömək etmiş olur.

Vərəm - çox ağır infeksion xəstəlikdir. Öskürək xroniki olur, heç bir dərman, türkəçarə saxlamır, uzun müddət davam edir. Metallik səs verir. İlk başda quru ola bilir, sonra yaşa çevrilir. Ən təhlükəli siqnalı bəlğəmdə qan olmasıdır. Xəstə gecələr tərləyir, halsız olur, sürətlə arıqlayır.

Bronxoektatik xəstəlik - ağciyərlərin xroniki xəstəliyidir, xırda bronx şəbəkələrində deformasiya yaradır. Güclü maye, bəlğəm gəlir. Bəlğəm irinli, qoxulu olur. Daha çox səhərlər azı 5-10 dəqiqə bəlğəm xaric olur. Ağırlaşanda xəstə yatağa düşür, qrip olduğunu düşünür, qızdırma qalxır.

Quru öskürək zamanı xəstəliklər

Faringit- udlağın, qırtlağın selik qişasının iltihabıdır. Qıcıqlanma, ağrı, düyün, udquna bilməmək simptomları olur. Öskürək üzücü, quru, səsli, ağır olur. Uşaqlarda qaytarmaya da səbəb olur. Müalicə olunmasa xroniki formaya keçir, aylarla davam edir.

Laringit - hürməyə bənzər, uzun, quru öslürək əsas əlamətidir. Ağciyərlərə qulaq asanda küy və xırıltı gəlir. Müalicə olunduqda quru öskürək yaşa çevrilir və 10 günə keçib gedir.

Sinusit - burunun iltihabıdır, ordan maye boğaza axır, öskürək reseptorlarını qıcıqlandırır.  Müalicə olunmasa, öskürək güclənir.

Öskürək tamam ayrı, başqa orqanların da xəstəliyinin simptomu ola bilər.
Məsələn ürək xəstəlikləri zamanı quru öskürək olur.

Mədənin reflüks patologiyasında da qida borusuna mədə şirəsi sıçrayan zaman qəfil öskürək başlayır. Xüsusən gecə yatanda bu öskürək artır.
Heç bir orqanda patologoya yoxdursa, sinir, əsəb mənşəli öskürək də olur.
 
Psixogen öskürək gündüzlər və gecələr olur, insan həyəcanlananda, adam arasında olanda, danışanda artır, gecə yatanda isə narahat etmir. Çünki xəstə yuxuda olur, sinirləri rahatlaşır, öskürək də unudulur. Bu öskürəyin müalicəsi isə psixoterapevt və nevroloqdan başlamalıdır.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov