Xəbər lenti


Alimlərin apardıqları son tədqiqatlar nəticəsində məlum olub ki, soyuq və küləkli havalar infarkt riskini artırır.

 

Bizimaz.az: AZƏRTAC-a istinadən bildirir ki, İsveçdə ürəktutmalarının soyuq havalara təsadüf etməsini aydınlaşdırmaq üçün 1998-2013-cü illər arasında infarkt keçirmiş 274 min nəfərin xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatlar göstərib ki, onların əksəriyyətində infarktın səbəbi soyuq havalar, aşağı atmosfer təzyiqi, güclü küləklər və günəş şüasının olmadığı şərait olub. Ən çox infarkt halları isə şaxtalı qış günlərində qeydə alınıb.

Tədqiqatlara rəhbərlik edən İsveçdəki Lund Universitetinin kardioloq-professoru David Erlinqe bildirib ki, ciddi sağlamlıq problemi olan və çox vaxt ölümlə nəticələnən infarktın dəqiq səbəbini öyrənmək çox əhəmiyyətlidir. Onun sözlərinə görə, temperaturun 3-4 dərəcə selsidən aşağı düşməsi əsas koronar arteriyanı daraldır və qanın ürəyə axmasını ləngidir. Bunun nəticəsində ürəkdə əlavə təzyiq yaranır. "Soyuğun təsiri ilə dərialtında kapillyar qan damarlarının daralması da ürəyin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Qısa bir müddətdə bədənin enerji və hərarət nisbətinin dəyişməsi ilə müşayiət olunan kəskin dəyişikliklər ürəktutmasına səbəb olur", deyə professor əlavə edib.

Soyuq hava şəraitində baş verən infarktın digər ehtimal olunan səbəbləri isə insan davranışının kəskin dəyişməsi, pəhriz və fiziki məşğələlərdən imtina etməsi, habelə tənəffüs yollarında daralma nəticəsində meydana çıxan xəstəliklərdir. Professor Erlinqe qeyd edib ki, şaxtalı və küləkli havalar emosional stress vəziyyəti yaradır ki, bu da infarkta gətirib çıxara bilər. Onun sözlərinə görə, İsveçin 3 şəhərinin hava çirkliliyi üzrə araşdırmalar göstərib ki, bu amil də ürək-damar sistemində ciddi fəsadlar törədir.

Leeds Universitetinin kardioloqu Kris Qeyl bildirib ki, Birləşmiş Krallıqlarda hər il 100 min insanda ürəktutması baş verir. Professor əlavə edib ki, iqlim şəraitinin rütubətli, küləkli və soyuq olduğu ölkələrdə infarkt riskini azaltmaq üçün bədəni isti saxlayan paltarlar və normal temperaturu olan otaqların olması vacibdir.

Bundan əvvəl aparılan tədqiqatlar da infarktla nəticələn ölüm hallarının əksəriyyətinin soyuq qış aylarında baş verdiyini göstərmişdi.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov