Xəbər lenti

Rusiyada ən iri meyvə-tərəvəz idxalçılarından biri hesab edilən və Sankt-Peterburqdakı “Sofiysk” bazasında fəaliyyət göstərən, “Piter Elçin” kimi tanınan multimilyonçu Elçin Əhmədovun quldur basqını ittihamı ilə beynəlxalq axtarışa verildiyi məlumdur. Onun barəsində cinayət işi bu ilin mayında qaldırılıb. E.Əhmədov “Sofiysk” meyvə-tərəvəz bazasında “Royal” firmasının ofisinə basqın edərək güc tətbiq etməklə 12 milyon rubl aparmaqda ittiham olunur. Bu işdə zərərçəkən statusunda olanlar həmin firmanın sahibləri-Şəmkirin məşhur Şiştəpə kəndindən olan Xəlilov qardaşlarıdır.

Bizimaz.az: Fontanka.ru portalı Elçin Əhmədovdan müsahibə götürüb və barəsində səslənən ittihamlar barədə ondan soruşub. E.Əhmədov ildə yüz milyonlarla dollarlıq dövriyyəsi olan iri biznesmendir, “AyBaRus” və “Aysel Qrup” şirkətlərinin sahibidir. Bu şirkətlər Rusiyaya meyvə-tərəvəz idxalı və topdansatışı ilə məşğul olur. Barəsində cinayət işi qaldırılandan sonra Əhmədov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Daha sonra onun barəsində axtarış elan olunub. Bildirilir ki, Əhmədovun vəkilləri onun barəsində qaldırılmış cinayət işinin istintaqını Moskvaya köçürməyə nail olublar. Çünki biznesmen Peterburq güc strukturlarının Xəlilovların sifarişi ilə onu təqib etdiklərini deyir və barəsində irəli sürülən ittihamları rədd edir.

E.Əhmədovun bildirdiyinə görə əslində Xəlilov qardaşlarının adı quldur basqınında keçirdi. Lakin onlar bu ittihamdan yaxalarını qurtarmaq üçün hüquq-mühafizə orqanları ilə işbirliyinə gediblər. Dəstənin qalan üzvləri isə həbs cəzası alıb. Hüquq-mühafizə orqanları ilə işbirliyinə gedən Xəlilov qardaşları ondan şikayət etməyə razılaşıblar. Çünki hüquq-mühafizə orqanları Xəlilovların əli ilə ondan iri məbləğdə pul qoparmaq istəyirdilər. O isə pulu verməyib.

“Mənim işçilərimdən birinin bu yalançı zərərçəkənlərin tərəfdaşı olan adamla əmlak münaqişəsi var idi. Amma bunun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. İddia edirdilər ki, həmin tərəfdaş bizimlə Xəlilovların pulları ilə hesablaşıb. Bu situasiyadan sonra 2016-cı ilin əvvəllərində onlar öz ağsaqqallarının böyük yığıncağını təşkil etdilər. Hörmətli adamların. Sofiysk bazasının 90 faizi Şəmkirin Şiştəpə kəndindən olanlardır. Məni yığıncağa dəvət etdilər. Həmin sövdələşməni aparan menecerimlə getdim. Müzakirə başladı. Nəticədə hamı kollektiv şəkildə dedi: “Biz burada Elçinin və onun adamının heç bir günahını görmürük”. Xəlilovları atası görəndə ki, biz günahkar deyilik, o zaman sadəcə olaraq insan kimi xahiş etdi ki, oğlanlarına kömək edək. Dedilər ki, yalançı tərəfdaşları ilə məsələni özləri həll edəcəklər. Mənim həmin kəndlə həmişə yaxşı münasibətlərim olub, hərçənd mən özüm Şiştəpədən deyiləm, amma həmyerliyik. Onlara 250 min dollar verdim, başqa biznesmen, hansı ki, onlar böhtan atmışdılar, 200 min verdi. Əl sıxdılar. Bu situasiya da cinayət işində keçir. Və həqiqətən baş verən ancaq budur”-Elçin Əhmədov danışır.

Peterburqun meyvə-tərəvəz kralı iddia edir ki, güc strukturları 2015-ci ildən başlayaraq ondan pul tələb ediblər. Vasitəçilərlə xəbər göndəriblər ki, pul verməsə həbs olunacaq. Amma Əhmədov pul verməyib.

2017-ci ilin sonlarında Xəlilov qardaşlarından biri Əhmədova WatsApp-la fotoşəkil göndərib və bildirib ki, həmin adamı o oğurlayıb. Bildirib ki, işi bağlamaq üçün 800 min dollar verməlidir-400 min ona, 400 min də orqanlardakı adamlara. Əks halda şikayət edəcəklər.

“Mən pul verməkdən imtina etdim. Bu ilin may ayında isə həmin absurd cinayət işini qaldırdılar. Evimdə axtarış apardılar. Səhər saat 8-də maskalılar evimə soxuldu. Qapını sındırdılar, hamını döşəməyə uzatdılar, iki qızımı, oğlumu, arvadımı qorxutdular. Özlərini çox kobud, tərbiyəsiz aparırdılar. Elə bil terrorçularla davranırdılar. Axtarışdan 3 gün sonra yenə məndən pul istədilər, bu dəfə milyon yarım. Birbaşa orqanlardan mənə çıxmırdılar, bütün bunları yalançı zərərçəkənlərin əli ilə edirdilər”-Əhmədov bildirib.

Elçin Əhmədov deyir ki, onun səviyyəsində biznesmenin kiməsə basqın edib hansısa 12 milyon rubl qəsb etməsi barədə deyilənlər sərsəm iddialardır. Çünki onun illik dövriyyəsi 8 milyard rublu keçib, bu il 12 milyard rubl olacağı gözlənilir.

“Mən pula görə narahat deyiləm. İmicimə görə narahatam. Hansısa nağıla görə pul verəcəm,  sabah yenisini uyduracaqlar. Hazırda Bakıdayam, amma burada qonağam. Moskvaya günü sabah qayıda bilərəm, həbs etsələr belə”-biznesmen deyib.

Elçin Əhmədov bildirir ki, barəsində qaldırılmış cinayət işinə və beynəlxalq axtarışa verilməsinə baxmayaraq biznesi qaydasında gedir. Çünki peşəkar menecerlər komandası, yerlərdə etibarlı adamları var. Hansı ki, onların cəmi 5 faizi azərbaycanlılardır.(virtualaz)

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov