İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb.
Bizimaz.az xəbər verir ki, bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib.
Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır.Ə.Abbasi əlavə edib ki, alüminium fosfiddən zəhərlənmənin 14 halı 21-30 yaşlı insanlar arasında baş verib.
Bu kimyəvi maddə həşəratlara qarşı istifadə edilir.