Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova mənzil hədiyyə edib. Moderator.az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb.
Xalq artisti qeyd edib ki, ona Yasamal rayonu ərazisində üçotaqlı ev verilib. Q. İsmayılov buna görə, ölkə başçısına minnətdarlığını bildirib.
Bundan əlavə, aktyor sosial şəbəkələrdə onu təbrik edənlərə təşəkkürünü qeyd edib.