Xəbər lenti



Qala, Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Maştağa qəsəbələri istiqamətində yeni avtobusların istifadəyə verilməsi nəzərdə tutulur. 
 
Bizimaz.az: Moderator.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ötən gün açılışı baş tutmuş Koroğlu Mübadilə Mərkəzində keçirilən mediatur zamanı deyib. Bildirib ki, yeni avtobuslar daha çox sərnişinlərin narazı olduğu marşrut xətlərinə verilib:
 
“Avtobus parkının yenilənməsi ilə bağlı onu deyə bilərəm ki, bu il 300 yeni avtobus gətirilib və ilin sonuna kimi bütün avtobuslar sərnişinlərin istifadəsində olacaq. Hazırda daşıyıcılar da yeni avtobusların gətirilməsində maraqlıdır. Yeni ildən bütün avtobusların kart sisteminə keçirilməsi nəzərdə tutulub. Bu, bir-iki xətt istisna olmaqla həyata keçiriləcək”.
 

 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiriciləri, əsasən, azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələr təşkil edir. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov