Xəbər lenti



“Azərbaycan İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir”.
 
Bunu İnstitutun rektoru Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, bu gün dünya universitetlərində, hətta Amerikanın, Avropanın bir çox universitetlərində vahid geyim forması tətbiq olunur: 
 
“Xüsusilə də həm İslamla, həm də yəhudi və xristianlıqla bağlı ali dini təhsil müəssisələrində vahid geyimlər tətbiq edilir. Azərbaycan İlahiyyat İnstitutu da vahid geyim formasından istifadə edir. Bu geyimlər Azərbaycan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun hazırlanır. Burada konkret olaraq hansısa dini geyimdən söhbət getmir, ümumi vahid bir forma fikirləşilib. Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir, bu məsələlər ölkəmizdəki qanunlara uyğun tənzimlənir. Xanım tələbələrə 2 geyim tətbiq olunur, hicab geyinən xanımların geyimi onların inancına uyğun olaraq nəzərdə tutulur. Bir də hicab geyinməyən tələbələrimiz var ki, onların geyimi isə fərqlidir".
 
Rektor deyib ki, universitetdə vahid geyim məcburidir: "Burada bir neçə hədəf və məqsəd var. Bunlardan biri odur ki, indidən gələcək mütəxəssislərimiz vahid geyimə hazır olsunlar. Hesab edirik ki, bu insanlar gələcəkdə müxtəlif qurumlarda, təşkilatlarda çalışacaqlar, bu sahənin mütəxəssisləri ünsiyyətdə olduqları insanlara nümunə olmalıdılar. Tələbələrimiz artıq bu geyimlə təmin olunublar, bu il qəbul olunan tələbələrə də artıq geyimləri paylayırıq”.(APA)
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov