Xəbər lenti



İki həftə olacaq ki, dərslər başlayıb, ancaq valideynlərin narazılıqları bir məktəbə sığmır.
 
Bu dəfə cavab axtardığımız məsələ dərsliklərlə bağlıdır.
 
Belə ki, 11-ci sinifdə oxuyan və repetitor yanına gedən şagirdlər və onların valideynləri çətin dilemma qarşısında qalmalı olublar.
 
Bəlkə də bəziləri fərqində deyil, amma abituriyent valideynləri bilməmiş olmazlar. Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün dərs vəsaitlərini cüzi dəyişiklik etməklə yenidən buraxır. Müəllimlər də hazırlığa gedən uşaqları məcbur edir ki, yeni kitab alın. Kitabların qiymətini isə ildən-ilə qaldırırlar.
Məsələn, ötən illə müqayisədə  11-ci siniflər üçün nəzərdə tutulan cəbr və həndəsə dərs vəsaitlərinin həm qiyməti yüksəkdir, həm də şagirdlərə ayrı-ayrılıqda təqdim olunur. Əgər keçən il cəbr və həndəsə vəsaitləri bütöv dərslik halında 15 manata satılırdısa, bu il dəyişiklik edilib. Ayrı-ayrılıqda satılan cəbr və həndəsə dərs vəsaitlərinin qiyməti 11 manat 50 qəpikdir.
 
Dərs vəsaitini ötən illə müqayisə edib nəzərdən keçirən valideynlər o qədər də fərqin olmadığı qənaətindədirlər. Üstəlik, repetitorlar da yeni dərs vəsaitlərinin istifadəsini zəruri hesab edirlər.
 
O zaman sual olunur. Əgər dərs vəsaitlərində cüzi  dəyişiklik edilirsə, bunun üçün mütləq yenisi nəşr edilməlidir?
 
Belə olan halda yenidən nəşrə nə ehtiyac var?
 
Moderator.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında mövzuya bu cür aydınlıq gətirib:
 
“Dövlət İmtahan Mərkəzində  şagirdlərə kömək üçün müəyyən metodiki vəsaitlər nəşr olunur. Əlbəttə ki, onun istifadəsi şagirdin öz ixtiyarındadır. Dəyişikliyə gəlincə, bu, fərdi qaydada aparılmır. Əsasən, dəyişiklik məktəb proqramına uyğun edilir, yaxud da  müəyyən yeni tapşırıqlar əlavə edilir. Bu zaman əvvəlkilər daha da təkmilləşdirilir”.
 
Dərs vəsaitlərinin qiymətinin yüksək olmasına gəlincə, DİM rəsmisi bildirib ki, burada məcburi qayda tətbiq edilmir:
 
“Bu vəsaitlərin istifadəsi məcburi deyil. Hər kəsin istəyindən asılı olan məsələdir”.
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov