Xəbər lenti


 Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında” qərar verib.

 
Bu Qayda Azərbaycan ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.
 
Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.
 
- Aşağıdakı çap məhsulları bu Qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:
 
-kitab, almanax və kitabçalar;
 
- dövri mətbuat materialları, qəzet və jurnallar;
 
- avtoreferat, monoqrafiya və dissertasiyalar;
 
- not yazıları, albom və statistik materiallar;
 
- xəritə, atlas və kartoqrafik materiallar;
 
- afişa, plakat və bukletlər;
 
- broşür, bülleten, açıqca və poçt markaları;
 
- dərsliklər, dərs vəsaitləri və proqramlar;
 
- özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.
 
 Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.
 
Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:
 
- dövlət nəşriyyatları;
 
- qeyri-dövlət nəşriyyatları;
 
- nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;
 
-qəzet və jurnal redaksiyaları;
 
- nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.
 
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” qanunda göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi  kitabxanalara göndərilməlidir.
 
Qəzet və jurnal redaksiyalarının buraxdıqları qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu Qaydada göstərilmiş kitabxanalara göndərilməlidir. Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu Qaydada göstərilmiş kitabxanalara təqdim olunmalıdır. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir və sifarişçinin hesabına çap olunur.
 
Məcburi nüsxələr kitabxanalara bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş subyektlər tərəfindən birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim olunur. Məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt və ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.
 
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.(APA)
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov