Xəbər lenti


 

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.

Ardını oxu...

Mayın 28-də Keşikçidağ kompleksində ruhanilər və bir sıra ictimai qrupların birgə aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, aksiyanın “Qareci – Gürcüstandır və Qafqaz ortaq evimizdir” şüarı altında keçirilməsi nəzərdə tutulur. Aksiyada Azərbaycan, Ermənistan və Gürcüstan bayraqları qaldırılacaq:

“Bu bizim heç kimlə, xüsusilə evimizdə qardaşlarımızla, qafqazlılarla düşmənçilik istəməməyimizin işarəsi olacaq. Bu aksiya ilə biz bütün maraqlı qüvvələri xəbərdar edəcəyik ki, heç kimə provokasiya etməyə, iğtişaşlar törətməyə və regiona dağıdıcı zərbə vurmağa imkan verilməyəcək. İnanırıq ki, həmin gün Qarecidə yanımızda Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olacaq və gürcülər üçün müqəddəs və dəyərli olan bu torpaqdan onlar tarixi vətənləri Azərbaycana və dünyaya deyəcəklər ki, qardaşlıq və dostluğun sərhədi yoxdur, onu maraqlı şəxslər tərəfindən idarə olunan anlaşılmaz siyasət qapatmamalıdır”, – deyə tədbirin təşkilatçısı olan David Qareci din adamlarının yaydığı bəyanatda yer alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov