Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Azərbaycana təbrik müraciəti yayımlanıb.
Təbrikin mətni Azərbaycan dilindədir.
“Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik”, - təbrikdə deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan Cümhuriyyətinin yaranmasından 101 il ötür.