Çin Xalq Respublikasının sədri Si Szinpin iyun ayında Rusiyaya səfər edəcək.
Bizimaz.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan deyib.
“Rusiya tərəfinin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Szinpin 5-7 iyun tarixlərində Rusiyada rəsmi səfərdə olacaq, eləcə də Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Foruma qatılacaq", - diplomat bildirib.