Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.
Bizimaz/az: Bu haqda Milli Məclisdən məlumat verilib.
Deputatlar Sankt-Peterburq şəhərində keçiriləcək MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.
Qeyd edək ki, tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.
Səfər iyunun 1-də başa çatacaq.
Moderator.az