Səudiyyə ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür.
![]() |
Gürcü Arzusu Partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü müxalifət birləşməlidir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, bu gün Gürcüstanda baş verənlərə məhz hakim partiya məsuliyyət daşıyır.
O, Gürcü Arzusunun dinc yolla hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu bildirib.
Saakaşvili İvanişvilinin əmri ilə Abxaziya və Cənubi Osetiya ilə sərhəd olan Şida Kartli bölgəsi yaxınlığında yerləşən xüsusi təyinatlı dəstələrin Tiflisə gətirildiyi və onların etirazların dağıdılması üçün istifadə ediləcəyinə dair də məlumat paylaşıb.
Xalqın suallarını canlı yayımda birbaşa cavablandıran Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni prezidenti Vladimir Zelenski haqda danışıb. Putin onun 2000-ci ildə KVN-dəki çıxışını xatırlayıb.
ABŞ hökuməti S-400 zenit qurğusu alacağı təqdirdə Türkiyəyə qarşı 3 sanksiya paketi üzərində dayanıb. Bu barədə nüfuzlu “Blomberq” Agentliyi məlumat yayıb. Agentliyin xəbərində qeyd olunur ki, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Maliyyə Nazirliyi və Dövlət Departamenti Ankaraya təzyiqləri müzakirə edir. O da iddia olunur ki, hazırlanan sərt sanksiya paketi Türkiyə iqtisadiyyatına ciddi zərbə vura bilər..
Səudiyyə ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür.