Millət vəkili Qənirə Paşayeva Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.
İsrailin Ermənistana yenicə təyinat almış fövqəladə və səlahiyyətli səfiri Eliav Beloserkovski İsrail dövlətinin müstəqilliyinin 71-ci il dönümü ilə bağlı İrəvanda keçirilən tədbirdə çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib. Onun sözlərinə görə, bu məsələ həm də İsrail Knessetində artıq müzakirəyə çıxarılıb.
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.