Azərbaycan ilk Prezidenti Ayaz Mütəllibov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. Bizimaz.az: BAKU.WS xəbər verir ki, həyat yoldaşını itirən eks-prezident Modern.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib:
“Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm”.
Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürmüşdü.