Xəbər lenti

 

Avropa İttifaqının Prezidenti Donald Tusk Cənubi Qafqaz turnesinə Azərbaycandan başlamaqla özünün və rəhbərlik etdiyi təşkilatının ölkəmizə verdiyi dəyəri nümayiş etdirdi. Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də ölkəmizə münasibətini növbəti dəfə sərgiləmiş oldu.

Qeyd edək ki, cənab Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edib, həmçinin “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışına qatılıb. Digər iki ölkədəki çıxışlarından fərqli olaraq, onun Bakıda verdiyi bəyanat daha cəlbedici və mühüm idi. Xüsusilə də yüksək səviyyədə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün önə çəkilməsi olduqca vacib məsələ sayılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdən sonra bildirdi ki, Avropa İttifaqı Şurasının prezidentilə təkbətək görüşü zamanı ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verib. Dövlət başçısı bir daha rəsmi Bakının prinsipial mövqeyini bəyanladı: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib”.

Prezident qeyd etdi ki, münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir: “Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

tusk ilham əliyev ile ilgili görsel sonucu

Avropa İttifaqının Prezidenti Donald Tusk da öz bəyanatında vurğuladı ki, regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik:“Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Biz, ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.

Qeyd edək ki, Tuskun Azərbaycandakı görüşləri və bəyanatları Ermənistanda da həssaslıqla izlənildi. Xüsusilə də beynəlxalq təşkilat prezidentinin “Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır” çağırışı ermənilərin ürəyincə oldu. Əslində bu gün Ermənistanın əsas istəyi və arzusu budur ki, beynəlxalq qurumlar, aparıcı paytaxtlar Azərbaycana təzyiqlər göstərsin və hərbi əməliyyatların yolu kəsilsin. Lakin Azərbaycan rəhbərliyi daim bəyan edib ki, torpaqlarını güzəştə getmək niyyətində deyil səbri də tükənməz deyil. Bunu 2016-cı ilin aprel döyüşləri də sübut etdi. Ancaq Bakı insan itkisindən qaçmaq üçün torpaqların işğaldan sülh yolu ilə azad olunması üçün sonadək cəhdlər göstərməkdədir. Bu isə hərb yolundan imtina kimi anlaşılmamalıdır, elə ordumuzun qüdrətinin artırılması istiqamətində davamlı addımlar da bunu təsdiqləyir.

*****

Bakıya səfərindən sonra İrəvana gedən və burada görüşlər keçirən Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, Tusk Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyi halda İrəvanda bir dəfə də olsun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”nu dilinə gətirməyib. Tusk bu barədə baş nazir Paşinyanla keçirdiyi mətbuat konfransında da danışmayıb. Səfərin yekunlarını şərh edən erməni politoloqlar da Donald Tuskun bu mövqeyindən pərt olduqlarını etiraf ediblər. Analitik Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində Tuskun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”ndan danışmamasının erməni ictimaiyyətində narazılıq doğurduğunu bildirib. Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”. Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil: “Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq, onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.

Ä°lgili resim

Ermənişünas alim Qafar Çaxmaqlı bildirdi ki, əslində Avropa İttifaqının mövqeyində heç bir dəyişiklik yoxdur: “Bu birlik BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qərar və qətnamələri dəstəkləmək zorundadır. Ərazi bütövlüyümüzü dəstəkləmək Azərbaycana qarşı da bir jest deyil, reallıqdır. Avropa İttifaqı Azərbaycanla bağlı başqa cür davrana bilməz. Bu qurum əvvəldən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini hər zaman deyir”.

 

Amma Q.Çaxmaqlı əlavə etdi ki, Tuskun İrəvanda bildirdiyi kimi, təşkilat prosesin beynəlxalq hüquq və normalar çərçivəsində aparılmasını da arzulayır və məsələnin nəyin bahasına olursa-olsun Azərbaycanın xeyrinə olmasını demir:“Bu isə ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil edir. Aİ bu məsələdə loyaldır, heç vaxt qərarlı addım atmır, Minsk Qrupunun illərlə başımızın altına atdığı yastığı o biri üzünə çevirməklə məşğuldur və prinsipcə ermənilərin bu əraziləri işğalının uzadılmasına xidmət edir. Tusk İrəvanda nə üçün erməni işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb etmədi, işğalçını öz adı ilə çağırmadı? Məsələ burasındadır ki, Avropa quruluşları Ermənistanı öz tərəflərinə çəkmək prinsipi ilə yanaşırlar, onu Rusiyanın caynağından qoparmaq üçün siyasətlərini davam etdirirlər”. Q.Çaxmaqlı əlavə etdi ki, sülh yolu ilə məsələ həll edilmir, Tuska görə, hərbi yolla da onun həlli mümkün deyil: “Belə çıxır ki, sabah Azərbaycan öz torpaqlarını azad etməyə qalxsa, Avropa İttifaqı buna qarşı çıxacaq?..”

****

Elə beynəlxalq təpkinin olmamasının məntiqi nəticəsidir ki, erməni ordusu Tuskun Cənubi Qafqazda olduğu saatlarda Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə başlayıb. “Eurasia Diary” xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, motoatıcı batalyonların iştirakı ilə başlayan təlimlər real döyüş şəraitinə maksimal yaxınlaşdırılıb. Hücum və əks-hücum taktikalarını sınaqdan çıxaran qüvvələr şərti düşmənə qarşı əks-hücuma keçərək mövqelərini bərpa ediblər. Qeyd edək ki, ermənilərin bu cür həyasız davranışlarına həmsədrlər də biganədir. Bu isə Qarabağdakı nisbi sakitliyin bir gün pozulacağına şübhə yeri qoymur.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə də sükutun pozulmasının an məsələsi olduğunu söylədi:“Azərbaycan hər zaman müharibəyə hazırdır və keçirilən mütəmadi təlimlər buna hesablanıb. Həmsədrlərin regiona səfərləri Moskva və Vaşinqton görüşlərinin qabaqcadan hazırlanması mümkün müharibə ehtimalını arxa fona keçirdi. Ermənistan rəhbərliyi əgər danışıqlara getməsə idi, mümkün müharibə ehtimalı var idi. Ordumuzda hazırlıq yüksək səviyyəyə qaldırılmışdı”.

M.Əsədullzadə qeyd etdi ki, böyük müharibə xəbərdarlıqları edən ABŞ-ın kəşfiyyat məlumatları hələ də aktual olaraq qalır: “Məsələ odur ki, Vaşinqton görüşündən sonra müəyyən stabillik var cəbhə xəttində. Hesab edirəm ki, burada konfindensial danışıqlar var. Yoxsa Azərbaycan belə bir situasiyada Ermənistanın bu kimi status-kvonu qorumaq cəhdinə səbirlə yanaşmazdı. Əgər proseslərdə irəliləyiş olmasa, Azərbaycan cəbhədə təzyiqləri artıracaq. Nəticədə bu, lokal əməliyyatlara gətirilə bilər”.

M.Əsədullazadənin fikrincə, Moskva da proseslərə nəzarət edir: “Rusiya çalışır ki, irimiqyaslı toqquşma olmasın. Amma Ermənistanda daxili siyasi vəziyyətin stabil olmaması və danışıqlarda nəticəyə hesablanmış irəliləyiş olmasa, təzyiqlər qaçılmaz olacaq. Sakitliyin olması o demək deyil ki, Azərbaycan belə davam edəcək. Müəyyən gözlənti var. O, reallaşmasa, Azərbaycan istənilən vəziyyətdə gücə əl atacaq. Qarabağ barıt çəlləyidir və bunun atəşi regionu bürüyəcək. Ona görə də Rusiya və ABŞ konsensusa gəlib, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında tam mövqe ortaya qoymalıdırlar. Yoxsa müharibə qaçılmaz olacaq”.

Ancaq Ermənistanın bütün davranışları savaşın tətiklənməsinə yönəlib. Ekspertlər isə əmindirlər ki, budəfəki savaş aprel döyüşləri kimi, lokal xarakter daşımayacaq və dağıdıcı olacaq... Əslində Aİ rəsmisi ermənilərə xatırlatmalıydı ki, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib, onun işğal olunmuş Azərbaycan torpaqlarında - özlərinin etiraf etdiyi kimi - 150 min erməniyə “ikinci dövlət” yaratmaq istəyi baş tutmayacaq. Demədi və getdi. Lakin Azərbaycan prezidenti hələ illər öncə Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə də bəyan etmişdi ki, bu qurumla əməkdaşlığımızın təməlində Azərbaycanın ərazi bütövlüyünə münasibət dayanır. Bu mövqe əslində bütün beynəlxalq təşkilatlarla əlaqələrdə önəmli yer tutan məqamdır... (Musavat.com)

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov