Ermənistan mediası Azərbaycan və erməni jurnalistlərinin qarşılıqlı səfərlərini tənqid edib.
Moderator.az xəbər verir ki, işğalçı ölkənin tanınmış icmalçısı Naira Ayrumyan bəhs edilən layihədən gözlənilən nəticə alınmadığını bildirib. Erməni politoloq xüsusən səfərlərin yarımgizli formada həyata keçirilməsini tənqid edib.
“Yalnız hərbi əməliyyatların gizliliyi ilə müqayisə edilə biləcək humanitar aksiyanın "məxfiliyi" absurd görünür. Əslində, bu, münaqişənin həlli imkanlarının sıfır diapazonunda olmaından xəbər verir...”-deyə N. Ayrumyan bildirib.
Ancaq gerçəklik budur ki, jurnalistlrərin qarşılıqlı səfərləri istənilən halda erməni tərəfinin xeyrinədir. Çünki ermənilər özünü qalib tərəf kimi hiss edir və onların Qarabağın azad edilmədiyi bir halda Azərbaycana səfəri xalqımızı aşağılamaq kimi anlaşılır.
Elə erməni icmalçının Azərbaycan jurnalistlərinin Qarabağ səfəri haqdakı bu istehzalı cümləsi də belə yanaşmanı sübut edir:
“Azərbaycanlı jurnalistlər Stepanakerti gəzərkən BMT-də “Artsax”dakı diversantların(Dilqəm Əsgərov və Şahbaz Qulieyev nəzərdə tutulur-S.L.) cinayətləri və vəhşiliklərinə görə Bakının məsuliyyətinə dair memorandum yayıldı”.
Xatırladaq ki, noyabrın 21-də BMT-nin rəsmi saytında Qarabağdakı separatçı erməni rejiminin qondarma “xarici işlər” qurumunun Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində beynəlxalq məsuliyyətə dair Memorandumun dərc olunması haqda informasiyalar yayılıb.