Xəbər lenti


 

“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan  islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların  fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına istiqamətlənib.
 
Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov  bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
 
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr  müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı  tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb.
 
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin  dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin  gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun  Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb.
 
Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.
 
 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov