“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. 30 il keçib. Buna baxmayaraq ATƏT-in Minsk qrupu həmsədrləri deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.