Ermənistan Bərdə şəhərində soyqırım aktı törədib.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var. Hər biri günahsız sakinlərdır. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik", - H.Hacıyev qeüyd edib.