Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdəyə və Tərtərə yollanıb.

 

Bu barədə Prezidentin köməkçisi özünün “Twitter” hesabında xəbər verib.

“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik.

Onlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpuslara da dərdimizə şərik olduğu üçün üçün təşəkkür edirik!”, - deyə o bildirib.