Azərbaycan Ordusunun ardıcıl qələbələrindən ruh düşkünlüyünə qapılan və qaçmağa üz qoyan düşmənin sosial şəbəkələrdə Rusiyanı asıb-kəsməsi, qınaması intensivləşib.
18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
“Ölkə Prezidenti cənab İlham Əliyev humanitar atəşkəs rejiminə razılıq verməklə bu dəfə artıq ermənilərin siyasi-diplomatik mövqeylərinə də sarsıdıcı zərbə vurmuş oldu. Heç kim üçün sirr deyil ki, Ermənistan hakimiyyətində olan hərbi-siyasi rejim bu gün bütün dünyada olan havadarlarının köməyi ilə qurmağa çalışdığı siyasi oyunlar vasitəsilə cəbhədəki uğursuzluqlarının əvəzini çıxmağa səy göstərir. Bu oyunların qarşısı isə yalnız qəbul edilən düzgün siyasi qərarlar və atılan məqsədyönlü diplomatik addımlarla alına bilər.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində millət vəkili Aqiyə Naxçıvanlı demişdir.