Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib.
Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.