Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin üçüncü - Bakı görüşü başlayıb.
Gülüstan sarayında baş tutan görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PaşazadəTürk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimləri iştirak edirlər.
Görüşün gündəliyində üzv dövlətlərin dini işlər idarələrinin rəhbərlikləri arasında əməkdaşlıq gündəliyinin təsdiqi, qarşıdakı dövrdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi, növbəti görüşün keçirilmə tarixi və yerinin müəyyənləşdirilməsi və digər məsələlər yer alıb.
Qeyd edək ki, TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, birgə bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Qeyd edək ki, dini liderlərin əvvəlki görüşləri İstanbul və Türküstanda keçirilib.