Dekabrın 10-da Bakının Azadlıq meydanında “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın apardığı Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu qələbə otuz illik həsrətdən sonra Qarabağı Ana Vətən Azərbaycanla qovuşdurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun rəşadətli zabit və əsgərləri düşmənə elə bir dərs verdilər ki, bundan sonra erməni faşizminin daşıyıcıları bir də heç zaman Azərbaycan torpaqlarına kəc nəzərlə baxmağa belə cürət edə bilməzlər. Yox əgər bu yenidən baş verərsə, o zaman Müzəffər Azərbaycan Ordusunun dəmir yumruğu yenə də düşməni əzər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri başa çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək, torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun qüdrətini bütün dünya gördü.
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında Azərbaycanın torpaqları uğrunda apardığı mübarizə ilə bağlı danışıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.