Xəbər lenti



Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir.

Bunları mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

“Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib.

Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır.

Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir”, - deyə H.Hacıyev vurğulayıb.





Dekabrın 10-da Bakının Azadlıq meydanında “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın apardığı Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu qələbə otuz illik həsrətdən sonra Qarabağı Ana Vətən Azərbaycanla qovuşdurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun rəşadətli zabit və əsgərləri düşmənə elə bir dərs verdilər ki, bundan sonra erməni faşizminin daşıyıcıları bir də heç zaman Azərbaycan torpaqlarına kəc nəzərlə baxmağa belə cürət edə bilməzlər. Yox əgər bu yenidən baş verərsə, o zaman Müzəffər Azərbaycan Ordusunun dəmir yumruğu yenə də düşməni əzər.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov