Azərbaycanlılar Qarabağın Əsgəran bölgəsindəki mağazalarda sərbəst alış-veriş edir.
Bizimaz.az xəbər verir ki, bu barədə "İravnuk" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, azərbaycanlıların Əsgəran rayon ərazisində alış-veriş etməsi artıq adi hala çevrilib.
Erməni mediasında yer alan digər məlumata görə, Azərbaycan hərbçiləri təkcə Əsgəran deyil, həm də Xankəndidəki mağazalara da ərzaq almaq üçün üz tuturlar.
Azərbaycanlılar Xankəndiyə rus sülhməramlıların müşayiəti ilə Azərbaycan nömrəli maşınlarla Əsgərandan daxil olub.
istinad