44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək, torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun qüdrətini bütün dünya gördü.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri bu gün keçirilən Milli Məclisin növbəti plenar iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb.
Onun sözlərinə görə, Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var:
“Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.