![]() |
Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.
Bayrağımız bugün Laçınımızda dalğalanır! Geri dönüşün mübarək, Laçın!
“Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir”.
Türkiyə Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edib.
Fransa parlamentinin yuxarı palatası olan Senatda qondarma “Dağlıq Qarabağ respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi ermənipərəst senatorlar tərəfindən irəli sürüldü və qəbul olundu. Bu, adından da göründüyü kimi, müstəqilliyin tanınması yox, tanınmasının zəruri hesab olunması təklifidir. Odur ki, bu sənəd heç bir hüquqi əsasa malik deyil, hökumət tərəfindən qəbul edilməyib, rəmzi xarakter daşıyır.
Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilir.
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib.
Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən işğal başa çatıb. Azərbaycanın müzəffər ordusu Kəlbəcərə daxil olub.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.
Bizimaz.az xəbər verir ki, bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir”, - deyə qeyd olunub.