Bizimaz.az Türkiyə mətbuatına istinadla normadan artıq qəbul edilən şokoladın zərərlərini təqdim edir:
1. Normadan artıq yeyildikdə beyni uyuşdurur, hüceyrələrin fəaliyyət sürətini azaldır.
2. Yüksək kalorili olduğuna görə kökəldir.
3. Yedikdən sonra bədəndə xoşbəxtlik hormonu ifraz olunduğuna görə bir müddət sonra ciddi şəkildə asılılıq, hər gün şokolad yemə ehtiyacı yaradır.
4. Dişləri çürüdür.
5. Miqreni olan insanlara mənfi təsir göstərir.
6. Allergiyası olan şəxslərdə qaşıntı, qızarma və səpkilər yaradır.