Qlobal istiləşmə dünyada içməli su çatışmazlığına gətirib çıxaracaq.
Bizimaz.az xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin alimləri belə bir qənaətə gəlib.
Avstraliyalı alimlərin araşdırmalarının nəticələri Phys.org saytında yerləşdirilib.
Araşdırmada alimlər 43 min meteoroloji stansiya, 160 ölkədə çayların vəziyyətlərini öyrənən 5 mindən çox nəzarət məntəqəsinin hesabatlarından istifadə ediblər. Alimlər belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi səbəbindən yağıntıların miqdarı artsa da, çaylarda suyun səviyyəsi azalır. Professor Aşişa Şarma bunu belə izah edib: temperaturun qalxması səbəbindən qruntdakı nəmlik azalır, ona görə də düşən yağıntını özünə çəkir. Bunun nəticəsində də yağıntının 64 faizi torpaqda qalır.
Alimlərin fikrincə, çay axınlarının quruması məhsuldarlığın azalmasına və yaşayış məntəqələrinin su ilə təmin olunmasında problemlərə yol aça bilər.