Xəbər lenti



Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, 1990-2016-cı illərin məlumatları əsasında aparılmış elmi araşdırma haqqında məqalə “Daily Mail” nəşrində dərc olunub.

Zərərli qidaların qəbulundan qaynaqlanan ən yüksək ölüm halları MDB ölkələrində qeydə alınıb. Post-sovet ölkələri reytinqin ilk 11 yerini tutur. Zərərli qidaların qəbulundan ən yüksək ölüm halları Özbəkistanda qeydə alınıb. Bu ölkədə hər 100 min nəfərə 394 nəfər qeyri-sağlam qidalanma qurbanı olub.

İkinci və üçüncü yerlərdə Türkmənistan və Qırğızıstan gəlir. Daha sonra müvafiq ardıcıllıqla Ukrayna, Moldova, Azərbaycan , Belarus, Tacikistan və Qazaxıstan gəlir.

Reytinq cədvəlinə görə, altıncı yerdə göstərilən Azərbaycanda hər 100 min nəfərə qidalanma ilə əlaqəli 319 ölüm halı düşür.

Reytinq tərtib olunan zaman insanların “qidalanma vərdişlərinin” müxtəlif risk faktorlarına, o cümlədən ürək-damar xəstəliklərə, artıq çəki, yüksək qan təzyiqi, fiziki yüklənmə səviyyəsinin aşağı düşməsinə təsiri nəzərə alınıb (spirtli içkilərin qəbulu nəzərə alınmayıb).

Avropada bu baxımdan ən az ölüm halları İspaniya, İsrail və Fransada qeydə alınıb. Bu ölkələrdə hər 100 min nəfərə 43-46 ölüm halı düşür.

Alimlərin hesablamalarına görə, Avropada ölüm hallarının yarısı qeyri-sağlam qidalanma ilə əlaqəli olub.

Həmçinin tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.

“Biz balanslaşdırılmış və sağlam pəhrizdən yararlanmaylıq, əks təqdirdə gələcəkdə ürək xəstəliklərindən ölüm halları daha da artacaq”, - deyə araşdırmanın rəhbəri professor Stefan Lorkovski bildirib.

Onun sözlərinə görə İsveç və Norveç kimi ölkələrdə, ürək xəstəlikləri daha çox çərəz və ya taxıl mənşəli qidalara son dərəcə az müraciət edilməsi ilə əlaqəlidir. Mərkəzi və şərqi Avropada və həmçinin mərkəzi Asiya ölkələrində isə iridənli bitkilərdən istifadənin aşağı səviyyədə olması öz təsirini göstərir.

“Başqa dillə desək, ağ undan hazırlanan xəmir qidalar son illər ürək-damar xəstəliklərinin artımına təsir edən əsas faktordur”, - deyə Lorkovski bildirib.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov