Xəbər lenti


Türkiyə Superliqasının 11-ci turunun açılış matçında "Qalatasaray" və "Fənərbaxça" üz-üz gəlib.

Bizimaz.az qol.az-a istinadən xəbər verir ki, "Türk Telekom Arena"da keçirilən qarşılaşmadan öncə üzücü hadisə baş verib.

Koray Şener adlı gənc "Fənərbaxça"  fanatı stadiona gedərkən ürəktutmasından dünyasını dəyişib. Şener Təcili Tibbi Yardımla xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisədən xəbərdar olan "Fənərbaxça" azarkeşlərinin hamısı ikinci hissədə "Türk Telekom Arena"nı tərk edərək Şenerin aparıldığı xəstəxanaya yollanıblar.

Xatırladaq ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov