Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatın;n ikinci gününün püşkü atılıb.
Bizimaz.az bildirir ki, Sambo Federasiyasından aldığı məlumata görə, idmançımız Mehman Xəlilov (57 kq) meksikalı Rikardo Alkantara ilə, Abdulla Abdullayev (74 kq) almaniyalı Yanik Ventsellə üz-üzə gələcəkq.
Döyüş sambosunda isə tanınmış idmançımız Bəxtiyar Abbasov 82 kq çəki dərəcəində mübarizəaparacaq. Onun ilk rəqibi erməni Davit Petrosyandır.
Qeyd edək ki, qaydasız döyüşün məşhur siması Bəxtiyar Abbasov üç il fasiədən sonra yenidən samboda yarışa qatılıb. O 3 il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. Kürsüdə birinci yer tutan Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi.